Bakıda məşhur futbolçunun maşınından oğurluq edənlər saxlanılıb - VİDEO
"Əsasən gecələr girirdik və pul oğurlayırdıq"
Masazır qəsəbəsinin 8 sakini Abşeron Rayon Polis İdarəsinə müraciət edərək onlara məxsus avtomobillərin şüşələri sındırılaraq içərisindən oğurluq edildiyini bildirib.
BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində rayon sakini 22 yaşlı Cəlil Quliyev və onun həmyaşıdı olan xalası oğlu, Bakı sakini Vüsal Hüseynov saxlanılıb.
Şəxslər istintaqa ifadələrində bildiriblər ki, əməllərini əsasən sutkanın qaranlıq vaxtlarında törədiblər.
Cəlil Quliyev - Saxlanılan şəxs: "Bir yerdə zəngləşib görüşdük. 8 maşının şüşəsini qırdıq. Maşınlara əsasən gecə saatlarında yaxınlaşırdıq. Daşlar şüşəni qırıb, əşyaları götürürdük".
Saxlanılan Vüsal Hüseynovun sözlərinə görə, əsas məqsədləri də avtomobillərdən pul oğurlamaq olub. Elə buna görə də, bahalı maşınları hədəf seçiblər.
Vüsal Hüseynov - Saxlanılan şəxs: "Zəngləşib, "Qurtuluş"a düşdük. Maşınların şüşəsini daşla qırdıq. Pul ya əşya çıxdıqca götürdük. Baxırdıq maşınlara, bahalı maşınlara girirdik".
Xala oğullarının əməlindən ziyan görənlər arasında futbol üzrə Azərbaycan milli komandası və "Neftçi” klubunun üzvü Rəhman Hacıyev də var.
Faktlarla əlaqədar başlanan cinayət işlərinin istintaqı davam edir.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Bakıda gecə klubunda rəqs üstündə qan töküldü
Ötən gecə Bakının Nizami rayonu, Neftçilər metrosu yaxınlığında yerləşən "Arbotaj” gecə klubunda müştərilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələn...