Bakıda marşrut avtobusu dayanacaqda piyadanın üstünə çıxdı: ölən var
14
iyl
2017
12:21
Bakıda marşrut avtobusu ağır qəza törədib.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, saat 20 radələrində Binəqədi rayonu ərazisində, Bakı-Şamaxı yolunun 9-cu kilometrliyində dayanacaqda Abşeron rayon sakini Ceyhun Şirəliyev idarə etdiyi "İsuzu” markalı, 50 BD 389 dövlət nömrə nişanlı xətt avtobusunu arxaya verərkən Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Eldar Kərimovu vurub. Xəstəxanaya yerləşdirilən E.Kərimov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Dayanacaqda baş verən qəzada ölən və yaralıların adı açıqlandı
Bakıda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib. DİN-ə istinadən verilən məlumata görə, dekabrın 21-də saat 07 radələrində Nərimanov rayonu ə...