Bakıda iki sahibkara yarım milyon dollar “atdılar”

Bakıda iki sahibkara yarım milyon dollar “atdılar”
Hadisə 1884

İki sahibkar polisə müraciət edərək, eyni şəxs tərəfindən külli miqdarda pullarının ələ keçirildiyini bildiriblər.

BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakinləri 1956-cı il təvəllüdlü Əli Allahverdizadə və 1959-cu il təvəllüdlü Sahib Umudov 2007-ci ildə Namiq adlı şəxsə hərəsi 235 min dollar pul veriblər. Lakin Namiq adlı şəxs onların etibarından sui-istifadə edərək, pullarını qaytarmayıb.

Hər iki sahibkar 9 ildir ki, pullarını istədikləri Namiq adlı şəxsin müxtəlif bəhanələri ilə qarşılaşırlar. Şikayətlə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Bakı sakini “Topaz”da 80 min manat uduzub

Bakı sakini “Topaz”da 80 min manat uduzub

Bakı sakini "Topaz”da 80 min manat uduzub. BAKU.WS-in "Report”a istinadən verdiyi məlumata görə, 1988-ci il təvəllüdlü Taleh Musayev nisyə 80 min manat pulu o...

3115 Hadisə 15:50 22 fevral 2016

Son xəbərlər