Bakıda icra başçısının qohumu intihar edib

Bakıda icra başçısının qohumu intihar edib
Hadisə 1849
 

Bakıda intihar hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Sulutəpə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 45 yaşlı Müşfiq Cənnət oğlu Əliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Məlumata görə, M. Əliyev təqaüddə olan polis işçisidir. O, əvvəllər Laçın rayon Polis Şöbəsində çalışıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. 

Onu da qeyd edək ki, M. Əliyev Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun qaynıdır.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda 11-ci sinif şagirdi hamamda özünü asdı

Bakıda 11-ci sinif şagirdi hamamda özünü asdı

Bakıda intihar hadisəsi baş verib. Xəzər rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Zirə qəsəbəsi, Müslüm Moqamayev küçəsi 93 ünvanınd...

1615 Hadisə 10:05 28 dekabr 2016

Son xəbərlər