Bakıda həyəcanlı anlar: Yolda hərəkət dayanıb və insanlar təşviş içindədir - VİDEO
İçərisi yanacaqla dolu çən qoşqunun üzərindən qırılaraq yola düşüb. Çənin içərisi yanacaqla dolu olub. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Paytaxtın Xətai rayonunun Həzi Aslanov qəsəbəsindəki Kazımağa Kərimov küçəsində yaşayan sakinlərin təşvişinə səbəb olub.
Ərazidə yaşayan sakinlər belə hadisənin onların həyatları üçün təhlükə yaratdığını və neft daşıyan maşınların daim bu ərazidən keçdiyini deyiblər.
Bir müddət sonra ərazidən yanacaq çəni götürülüb və yolda hərəkət bərpa edilib. Onu da qeyd edək ki, neftin iri çənlərdə toplandığı depo yaşayış evlərinə yaxın yerləşdiyindən uzun müddətdir neft daşıyan maşınlar elə yaşayış yerlərinin içərisindən keçməli olur. Bu isə insanları daim təşviş və həyəcan içində saxlayır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda yanacaq daşıyan maşının çəni deşildi: Benzin yola axdı (VİDEO)
Ötən gün "20 Yanvar” dairəsindən "Şamaxinka” deyilən ərazi istiqamətində hərəkət edən yanacaq daşıyan maşının çəninin deşilməsi təhlükəli vəziyyətin yaranmasına...