Bakıda həkim rüşvət alarkən kameraya düşdü (VİDEO)
Bakıda uşaq poliklinikasında həkimin rüşvət tələb etməsinin görüntüləri yayılıb.
BAKU.WS-ə göndərilən videoda görünür ki, həkim vətəndaşdan qan analizi almaq üçün 3 manat tələb edir.
Şikayətçi Elnur Hüseynin iddiasına görə, hadisə Bakı şəhəri, Xətai rayonu 9 saylı uşaq poliklinikasında olub. Onun sözlərinə görə, bu video qan analizi götürülən otaqda çəkilib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova BAKU.WS-ə bildirib ki, bütün dövlət xəstəxanalarında xidmətlər pulsuzdur.
"Vətəndaşın iddiası araşdırıldıqdan sonra müvafiq tədbirlər görüləcək. Lakin vətəndaşın həkimin rüşvət tələb etməsi ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də müraciət etməsi tövsiyyə olunur”, - deyə SN rəsmisi bildirib.
Murad
BAKU.WS
Oxşar xəbərlər
"Kameranı söndürüb Mətanət xanımı o biri otağa apardılar..." - Baş həkim (VİDEO)
Bakı şəhər Narkoloji Dispanserinin rüşvət almaqda təqsirləndirilən keçmiş baş həkimi Hüseyn Həsənovun və xəstananın tibb qeydiyyatçısı Mətanət Şamçıyevanın məhk...