Bakıda fəhlələr ölümlə üz-üzə qaldılar (VİDEO)
Bakıda çoxmərtəbəli binanın fasadında təmir işləri aparan ustalar 11-ci mərtəbədə köməksiz vəziyyətdə qalıblar.
Musavat.com-un məlumatına görə, hadisə Xətai rayonu ərazisində, Xudu Məmmədov küçəsindəki 22 saylı binada baş verib.
Hadisə yerinə FHN-in Xüsusi Riskli Xiıasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Məlum olub ki, yaşayış binasında asma troslarla divarboyu hərəkət edən platformada dayanaraq, binanın səthini rəngləyən 1973-cü il təvəlüdlü Əzizov Elşən Hüseyn oğlu və 1975-ci il təvəllüdlü Əhmədov Teypur Bəxtiyar oğlu elektrik enerjisinin kəsilməsi üzündən 11-ci mərtəbə səviyyəsində köməksiz vəziyyətdə qalıblar.
Xilasedicilər binanın 12-ci mərtəbəsindəki mənzildən alpinist ləvazimatları ilə platformadakı hər iki fəhləni xilas ediblər. Fəhlələr 12-ci mərtəbədəki mənzilə qaldırılıblar.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda binada yanğın olub
Bakıda yaşayış binasında yanğın hadisəsi qeydə alınıb. BAKU.WS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, paytaxtın Səbail rayonunda beşmə...