Bakıda dəhşətli hadisə: "Mərmər lövhələr fəhlələrin üzərinə aşdı" (VİDEO +18)
Bakının Suraxanı rayonu, S.Əliyev küçəsində Bakı şəhər sakini Əzimov Bayram Mahir oğluna məxsus mərmər sexində faciə baş verib.
Bizimyol.info xəbər verir ki, hadisə dünən axşam 22:00 radələrində baş verib. Sexdəki mərmər lövhələr fəhlələrin üzərinə aşıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım maşınları gəlib. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirib və məlum olub ki, yük avtomobilini boşaldarkən mərmər lövhələr aşıb və vətəndaşlar lövhələrin altında sıxılmış vəziyyətdə qalıblar.
Xilasedicilər mərmərləri kəsərək ayırıb və vətəndaşların cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:14-də başa çatıb. Oxuculardan birinin Bizimyol.info-ya verdiyi məlumata görə, sexdə 3 fəhlə olub və xilasediclər fəhlələrdən birinin həyatını xilas edə bilib. Həmin görüntüləri təqdim edirik:
BAKU.WS
Oxşar xəbərlər
Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var
Binəqədi rayonunda "Saipa” və "Mercedes” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. BAKU.WS-in Fövqəladə Hallar...