Bakıda faciə – fəhlə tikinti zamanı 12-ci mərtəbədən yıxılıb öldü
27
iyn
2018
09:07
Bakıda tikinti zamanı ölüm hadisəsi baş verib.BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.Belə ki, gecə saatlarında "20-ci Sahə" adlanan ərazidə yerləşən yaşayış kompleksinin tikintisi zamanı fəhlə, 1985-ci il təvəllüdlü Həsənov Fuad Oqtay oğlu ehtiyatsızlıqdan 12-ci mərtəbədən yıxılıb. O, hadisə yerindəcə ölüb.Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi və Səbail Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.Faktla bağlı cinayət işi başlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Bakıda gecə klubu qarşısında kütləvi dava olub
Bakının Səbail rayonunda dava zamanı 1 nəfər döyülüb.BAKU.WS "Report"a istinadən bildirir ki, 1977-ci il təvəllüdlü Nadirov Aslan Ələddin oğlu "Otto" gecə klubu...