Bakıda dəhşətli qəza: "Toyota” "zapravka"nın qarşısında alışdı (VIDEO)

Bakıda dəhşətli qəza: Toyota”  zapravkanın qarşısında alışdı (VIDEO)
Hadisə 3384

 

Bakıda Bakıxanov bazarından üzü "Neftçilər” metrostansiyasına gedən yolda ağır yol qəzası baş verib.

BAKU.WS avtosfer.az-a istinadən xəbər verir ki, "Toyota” markalı, 90 ZC 130 dövlət nömrə nişanlı avtomobillə "BMW” markalı avtomobil "Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında toqquşub.

Toqquşmadan sonra "Toyota”nın mühərrik yerində yanğın baş verib. Daha sonra yanğın "BMW”yə keçib. Hadisə yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verdiyi üçün təhlükəli anlar yaşanıb. Partlayış baş verməməsi üçün yanacaqdoldurma məntəqəsinin işçiləri yanğının qarşısını almağa çalışıblar.

BAKU.WS

Son xəbərlər