Bakıda baş verən dəhşətli faciə ilə bağlı cinayət işi açıldı (VİDEO+18)
Bakı şəhər prokurorluğu yanvarın 23-də saat 14 radələrində paytaxtın Bilgəh qəsəbəsində yerləşən "Qağayı” istirahət bazasının ərazisində demontaj işlərinin həyata keçirilməsi zamanı baş verən faciə ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, dəmir borunun həmin vaxt orada olan 1970-ci il təvəllüdlü, Füzuli rayon sakini Səfəralı Səfərovun üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi faktına görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
BAKU.WS
Oxşar xəbərlər
Zavodda kütləvi zəhərlənməyə görə cinayət işi açıldı (RƏSMİ)
Bakıda bir neçə gün öncə zavodda baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı cinayət işi açılıb. Bakı şəhər Prokurorluğundan BAKU.WS-ə verilən məlumata gör...