Bakıda "Araz" marketin işçiləri arasında kütləvi dava – 1 ölü, 1 yaralı
21
iyn
2018
12:24
Bakının Sabunçu rayonu ərazisində bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava baş verib.BAKU.WS “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, hadisə "Araz" marketin qarşısında baş verib.Belə ki, 3 dost, Yardımlı rayon sakini, 1996-cı il təvəllüdlü Vüqar Hüseynzadə, Zabrat kənd sakini, 1997-ci il təvəllüdlü Kənan Səlimov və Maştağa kənd sakini Surxay Əliyevlə mübahisə edib. Mübahisə sonradan davaya çevrilib. Nəticədə Surxay Əliyev əlinə bıçaq götürərək Vüqar Hüseynzadəyə hücum edib. Kənan Səlimovu dostları ayırmaq istəyib. Lakin Surxay Əliyev onu və Vüqarı bıçaqlayıb.Nəticədə Vüqar Hüseynzadə hadisə yerində ölüb, Kənan Səlimov isə ağır yaralanıb. Dostlarını bıçaqlayan Surxay Əliyev qaçıb. Lakin polis onu tutub.Bildirilir ki, hər 3 şəxs “Araz” marketinin əməkdaşıdır.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Lənkəranda kütləvi dava olub, xəsarət alanlar var
Lənkəranda kütləvi dava olub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzindəki bazar ərazisində, çayxanada qeydə alınıb.Tükəvilə-Bazar xətti...