Bakıda şadlıq evində musiqi qrupu üzvünün başına butulka çırpılıb
06
apr
2017
10:38
Bakıda şadlıq evində musiqi qrupu üzvünün başına butulka çırpılıb.
BAKU.WS-in "Report"-a istinadən verdiyi xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Əhməd Rəcəbli küçəsi "Ordubad" Şadlıq evində sintezatorda musiqi ifa edən 1991-ci il təvəllüdlü Şirinov Rəmzi Ramiz oğlu toyda iştirak edən şəxslə mübahisə edib. Sərxoş vəziyyətdə olan qonaq (hələlik adı açıqlanmır) R.Şirinovun baş nahiyəsinə şüşə butulkanı çırpıb. Nəticədə R.Şirinovun üz nahiyəsi kəsilib.
R.Şirinov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda toya dəvət olunmadan gələn qonaq döyülüb
Bakıda toy mərasiminə dəvət olunmadan gələn şəxs döyülüb. "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Dəniz" şadlıq sarayı...