Bakıda 18 yaşlı gənc qətlə yetirildi

Bakıda 18 yaşlı gənc qətlə yetirildi
Hadisə 1005

Bakıda qətl hadisəsi baş verib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.Rayonun Atatürk prospekti, ev 2a-nın qarşısında Ağstafa rayonunun Dağ Kəsəmənli sakinləri, 2000-ci il təvəllüdlü Murğuzov Rauf İlqar oğlu həmkəndlisi, 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlu ilə mübahisə edib.Mübahisə davaya çevrilib və nəticədə R.Murğuzov E.Xəlilovu bıçaqla qətlə yetirib.Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.Keçirilən istintaq əməliyyat təsbirləri nəticəsində R.Murğuzov saxlanılıb.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər