Bakı-Sumqayıt yolunda ağır qəza: ölən və yaralananlar var
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri, Bakı-Quba yolunun 19-cu kilometrliyində "RENAULT” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılması barədə məlumat daxil olub.
BAKU.WS nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış avtomobilin içərisində sıxılmış vəziyyətdə qalan 2 nəfəri və 1988-ci il təvəllüdlü Elşən Qismət oğlu Əliyevin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib.
Əməliyyat saat 09:58-də başa çatıb.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda film kimi olay: "ZİL" çayı keçə bilmədi, 11 nəfəri FHN xilas etdi
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Şamaxı rayonu, Qaleybuğurd kəndi ərazisindən keçən çayda "ZİL-131" markalı yük avtomob...