Bakı-Qazax yolunda qəza: sement kisələri yola dağıldı – VİDEO

Bakı-Qazax yolunda qəza: sement kisələri yola dağıldı – VİDEO
Video
Hadisə 1014

Kürdəmir yolunda yük daşıyan maşın qəzaya uğrayıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilir ki, yol qəzası Bakı-Qazax yolunun Kürdəmirdən keçən hissəsində qeydə alınıb. Videodan da göründüyü kimi qoşqulu yük maşını hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə maşının qoşqusu beton maneəyə çırpılıb. Qəza nəticəsində qoşqudakı kisələrlə dolu sement dağılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin ərazidə avtomobillərin hərəkəti üçün çətinlik yaranıb. Faktla bağlı araşdırma aparılır. BAKU.WS

Oxşar xəbərlər

Şəki-Qax yolunda ağır qəza – Ölən var

Şəki-Qax yolunda ağır qəza – Ölən var

Ötən gün Şəkidə ağır yol qəzası baş verib.BAKU.WS xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunda qeydə alınıb. Belə ki. 1994-cü il təvəllüdlü Tərlan Fərhad o...

1788 Hadisə 13:15 22 yanvar 2019

Son xəbərlər