Azərbaycanda yük avtomobili aşdı - 30 TON SEMENT YOLA DAĞILDI
19
apr
2018
15:18
Hacıqabulda yük avtomobili qəzaya uğrayıb.APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 110-cu km-də, magistral yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verib.Qurbanov Rahib Ramiz oğlunun idarə etdiyi “MAN” markalı yük treylerinin aşması nəticəsində yol infrastrukturuna ciddi ziyan dəyib. Avtomobilin ön təkərinin partlaması nəticəsində idarəetməni itirən sürücü dəmir sədləri qıraraq, magistralın qarşı tərəfinə çıxıb və maşını aşırıb. Avtomobilin yük yerində olan 30 tondan artıq sement yola dağılıb:Qəza nəticəsində yolayrıcında quraşdırılmış 60 paqon-metr uzunluğunda əyri-xətli dəmir tirlər sıradan çıxıb. İlkin hesablamalara görə, yol təsərrüfatına 4 min manata yaxın ziyan dəyib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Güclü külək yol təsərrüfatına ciddi ziyan vurub – FOTO
Ötən gündən etibarən ölkə ərazisində müşahidə olunan qeyri-sabit və küləkli hava nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib.BAKU.WS xəbər verir ki, bu barə...