Güclü külək yol təsərrüfatına ciddi ziyan vurub – FOTO
                            
                                31
                                mar
                            
                                2018
                                12:17
                            
                            
                        Ötən gündən etibarən ölkə ərazisində müşahidə olunan qeyri-sabit və küləkli hava nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib.BAKU.WS xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb. Bildirilib ki, Bakı şəhərinin küçə və prospektlərində, o cümlədən respublikanın avtomobil yollarında quraşdırılmış yol nişanları və məlumatverici lövhələr küləyin təsirindən aşıb.Yol təsərrüfatına ən böyük ziyan Bakı Dairəvi-1 avtomobil yolunda, İnşaatçılar prospekti "Statistika dairəsi" və Bakı Olimpiya stadionunun yaxınlığında quraşdırılmış məlumat lövhələri aşması ilə dəyib. Ümumilikdə ilkin hesablamalara görə, burda dəymiş ziyanın məbləği 25 min AZN-ə yaxındır.Nihat HÜSEYNZADƏBAKU.WS


                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Güclü küləyin fəsadları: Avtomobil ağaca çırpıldı (FOTO)
Bakının Yasamal rayonunda güclü küləyin təsiri nəticəsində sürücü idarəetməni itirərək maşını ağaca çırpıb.BAKU.WS Report-a istinadən xəbər verir ki, Tbilisi pr...