Güclü külək sakinləri ölümlə üz-üzə qoydu - çox sayda evə ziyan dəydi (VİDEO)

Güclü külək sakinləri ölümlə üz-üzə qoydu - çox sayda evə ziyan dəydi (VİDEO)
Video
Hadisə 1695

 

Ötən gün güclü külək Xırdalanda binalara və fərdi evlərə ciddi ziyan vurub. 

BAKU.WS-ə müraciət edən sakinlər küləyin evlərinə vurduğu ziyan barədə məlumat verib. Xırdalan şəhəri 26-cı məhəllədə yerləşən binaların üzərindən tökülən dam örtükləri ciddi maddi ziyan vurub. Xoşbəxtlikdən sakinlərdən heç kim xəsarət almayıb.

Ancaq hadisə nəticəsində çox sayda evə ziyan dəyib. Bununla yanaşı, binaların yaxınlığında olan avtomobillər əzilib. 

Sakinlərin sözlərinə görə, İcra Hakimiyyətindən və digər qurumlardan gəlib ərazidə baş verən hadisələrlə maraqlanıblar. Yararsız hala düşən evlərdə və binalarda təmir işlərinə başlanılıb.  

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Zaqatala və Balakəni qasırğa vurdu - FOTO

Zaqatala və Balakəni qasırğa vurdu - FOTO

İyulun 22-i axşam saat 19 radələrində Zaqatala və Balakən rayonları ərazisində qeyri sabit hava şəraiti hökm sürüb, qısa müddətli qasırğa baş verib, leysan yağı...

2051 Hadisə 10:18 23 iyul 2016

Son xəbərlər