Bakı metrosunda xuliqanlıq: qatarı dağıtdılar (FOTO)

Bakı metrosunda xuliqanlıq: qatarı dağıtdılar (FOTO)
Hadisə 1732

Həzi Aslanov - Dərnəgül xəttində 30 saylı marşrut üzrə hərəkət edən Bakı Metrosunun 1566 saylı vaqonundakı azarkeşlər xuliqanlıq ediblər. 

BAKU.WS-in məlumatına görə, Bakı Metropoliteni" QSC-in Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev sosial şəbəkədə vaqondan şəkillər yayıb. 

"Bu şəkillər Bakı Metrosunun 1566 saylı vaqonundandır. Dünən Həzi Aslanov - Dərnəgül xəttində 30 saylı marşrut üzrə hərəkət edirdi. Əsas vəzifəsi sərnişin, insan daşımaq idi. Amma və lakin "Qarabağ" futbol klubunun oyunundan çıxıb "Gənclik" stansiyasında metroya minən bəzi "insanlar" ictimai istifadədə olan, hamımızın vergisi hesabına formalaşan büdcə vəsaiti hesabına alınan vaqonu bu vəziyyətə salıblar. Əllərindəki bayraqların sopaları ilə vaqona və videomüşahidə kamerasına zərər veriblər...”

Qeyd edək ki, görüş "Qarabağ" klubunun 5:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb. Oyunun 10-cu dəqiqəsində ağdamlıların oyunucusu Əfran İsmayılov penaltini qola çevirib. Oyunun 37 və 45-ci (pen.) dəqiqələrində "Qarabağ"ın hücumçusu Dino Ndlovu dubl edib. 83-cü dəqiqədə Wilde-Donald Guerrier komandasının 4-cü qolunu vurub - 4:0. Oyunda son nöqtəni 90-cı dəqiqədə Miçel qoyub - 5:0. 

Tuncay

BAKU.WS

 

Bakı metrosunda xuliqanlıq: qatarı dağıtdılar (FOTO)

Bakı metrosunda xuliqanlıq: qatarı dağıtdılar (FOTO)

Bakı metrosunda xuliqanlıq: qatarı dağıtdılar (FOTO)

Bakı metrosunda xuliqanlıq: qatarı dağıtdılar (FOTO)

Bakı metrosunda xuliqanlıq: qatarı dağıtdılar (FOTO)

Bakı metrosunda xuliqanlıq: qatarı dağıtdılar (FOTO)

Bakı metrosunda xuliqanlıq: qatarı dağıtdılar (FOTO)

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakı metrosunda qatar tuneldə qalıb

Bakı metrosunda qatar tuneldə qalıb

Bakı metropolitenində qatar tuneldə qalıb. APA-nın məlumatına görə, hadisə "İnşaatçılar” və "Elmlər Akademiyası” stansiyaları arasındakı məsafədə baş verib. B...

16 Hadisə 21:07 24 aprel 2017

Son xəbərlər