Bakı metrosunda İNANILMAZ HADİSƏ: Yuxulu olan maşinist qatarı saxlaya bilmədi
22
avq
2017
10:48
Bakı metrosunda maşinistin səhvi qatarın geriyə hərəkət etdirilməsinə səbəb olub.Bu barədə BAKU.WS-ə hadisə şahidləri məlumat veriblər.“Avtovağzal” stansiyasında baş verən hadisə ötən həftə qeydə alınıb.Hadisə şahidlərinin sözlərinə görə, maşinist yuxulu olduğu üçün qatarın bir hissəsini tuneldə saxlayıb.Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev faktı təsdiqləyib. O bildirib ki, maşinist stansiyada müəyyən olunmuş xətti keçərək qatarın birinci vaqonunu tunelin içərisində saxlayıb.“Sərnişinlərin düşməsi üçün maşinist dispeçerlə əlaqə saxladıqdan sonra qatarı geriyə verib”, - deyə Nəsimi Paşayev bildirdi.Onun sözlərinə görə, həmin maşinist barəsində müvafiq tədbirlər görüləcək.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda ana iki övladı ilə özünü qatarın altına atdı
Qazaxdan Bakıya gələn qatar 3 nəfəri vurub. BAKU.WS xəbər verir ki, həmin qatarda olan sərnişinlərin Modern.az-a verdiyi məlumata görə, hadisə Tovuz rayonunun...