İş saatı bitən maşinist qatarı saxlayıb evə getdi
İspaniyada maraqlı hadisə baş verib. Santanderadan Madridə gedən qatarın sürücüsü iş vaxtının bitdiyi üçün qatarı tərk edib.
Avtosfer.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı xəbər yayıb. 100-ə yaxın sərnişini olan qatarı Osorno stansiyasında saxlayaraq tərk edən sürücü bildirib ki, "İş saatım bitib, əgər mən iş saatımdan artıq işləsəm yorulmuş olaram və qəza riskidə artar, sərnişinləri təhlükə altında qoymuş olaram". Sürücü həmçinin qeyd edib ki, "Mən qanuna söykənərək hərəkət etmişəm" –deyə stansiyanı tərk edib. Stansiya əməkdaşları isə sərnişinləri avtobuslarla yola salmağa məcbur olublar.
Sərnişinlər 5 saat gecikmə ilə mənzil başına çatıblar.
BAKU.WS
Oxşar xəbərlər
Sumqayıt-Bakı qatarı yolda qaldı
Bu gün səhər saatlarında Sumqayıt-Bakı qatarının hərəkətində problem yaranıb. Saat 08:00-da Sumqayıtdan yola düşən qatar 08:40-da Bakıya çatmalı olduğu halda 4...