Badamdarda uçqunlar davam edəcək
16
okt
2018
12:34
Bildiyimiz kimi oktyabrın 12-si gecə saatlarında Səbail rayonunun Badamdar qəsəbəsinin Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında, əvvələr tikilən istinad divarının yaxınlığında torpaq qatının çökməsi baş verib.BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargaha istinadən xəbər verir ki, sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə aktivlik dinamikası dayanmayıb. Sürüşmənin təsir dairəsi yaşayış evlərinə tərəf artıb. Eləcə də, üst hissədəki evlərin divarlarında uçqunların davam edəcəyi gözlənilir.Qeyd edək ki, Badamdar 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qərərgah yaradılıb.Qərargah üzvləri zəruri məlumatların aidiyyəti dövlət orqanlarına ötürülməsini təmin edəcək və vətəndaşların sürüşmə hadisəsi ilə bağlı müraciətlərinə, narahatlıq yaradan sorğularına cavab verəcək.Mətbuat nümayəndələri isə hadisə ilə əlaqədar son məlumatları almaq üçün birbaşa ETSN-nin mətbuat katibi İradə İbrahimovaya müraciət etsinlər.Qərargahın və Qərargah üzvlərinin telefon nömrələri:•Qərargah (012) 502 88 11•Şahmirzə Səfərov(050)369 98 26•Əziz Qaralov(050) 368 41 48•Sadiq Əmiraslanov(055) 455 37 53•Yaqub Şəkərəliyev(070) 558 50 15•Teymuraz Ələkbərov(055) 607 80 40•Kamran Nəsibov(055) 890 23 38•Elnur Kərimov(077) 474 40 57•Qoşqar Qurbanov(055) 586 38 36BAKU.WS
Oxşar xəbərlər
Bakının bu hissəsində böyük təhlükə - Hasarlar uçur
Bakının Səbail rayonunda, Badamdar şosesindəki sürüşmə zonasının miqyası genişlənir.BAKU.WS xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Milli.Az-...