Baş baytar Azərbaycanda görünməmiş qəddarlıqdan danışdı

Baş baytar Azərbaycanda görünməmiş qəddarlıqdan danışdı
Hadisə 4477
İsmayıllı rayonunun Girk kəndində iribuynuzlu heyvanların süd vəzilərinin naməlum şəraitdə kəsilməsilə bağlı vəziyyət nəzarətə götürülüb.BAKU.WS trend-ə istinadən xəbər verir ki, İsmayıllı rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahalıyev artıq həmin ərazinin ciddi nəzarət olunduğunu deyib:"Girk kəndində iribuynuzlu heyvanların döşlərinin kəsilməsi barədə məlumat daxil olub. Dərhal əraziyə baxış keçirilib və zədələnmiş heyvanlardan qan analizləri götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Yaxın günlərdə müayinələrin cavabları məlum olacaq. Hazırda ərazidə vəziyyət sabitdir. 2-3 gündən bir bu cür hadisələr baş verir. Ümumilikdə 17 iribuynuzlu heyvanda bu cür hal aşkar edilib. Ərazidə dezinfeksiya işləri aparılıb".B.Şahalıyev deyib ki, bu prosesdə nə xəstəlikdən, nə də insan faktorundan söhbət gedə bilməz: "Bu vəhşi heyvanların iribuynuzlu heyvanlara hücumu ola bilər. Heyvanlar çöl şəraitində otlayarkən, yatarkən döş nahiyələri yırtıcı heyvanlar tərəfindən qoparılıb. Hadisə yerində qan izləri də aşkarlanıb".BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda görünməmiş qəddarlığı törədənlər kimlərdir? (VİDEO)

Azərbaycanda görünməmiş qəddarlığı törədənlər kimlərdir? (VİDEO)

İsmayıllı rayonunun Girk kəndində iribuynuzlu heyvanların süd vəzləri sanki kəsilərək yararsız hala salınıb. Nəticədə heyvanların süd vermək qabiliyyəti itib. M...

2174 Sosial 22:33 08 avqust 2018

Son xəbərlər