Azərbaycanda insanlara at əti satan ana-bala yaxalandı (VİDEO)
15
okt
2017
13:54
Bərdədə qeyri-qanuni, antisanitar şəraitdə, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, at əti aşkarlanıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, Dövlət Baytarlıq Nəzarəti Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bərdə rayonu, Bakı küçəsi, ev 28-in sahibi Novruzova Vəsilə Ərşad qızının həyətinə baxış keçirib. Araşdırma zamanı 2 at başı, heyvanların mədə-bağırsağı, ətdən ayrılmış sümüklər, dərilər, dırnaqları 100 kq sümüklü at əti və heyvan kəsimi üçün antisanitar vəziyyətdə, primitiv şəkildə quraşdırılmış ləvazimatlar aşkar olunub. Atları ev Vəsilə Novruzovanın Novruzov Niyaməddin Nurəddin oğlu ilə birgə kəsdikləri müəyyən edilib. Aşkar edilmiş ətdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Bu, onların birlikdə həyata keçirdiyi ikinci belə hadisədir. Novruzova Vəsilə Ərşad qızı 15 sentyabr 2017-ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 289-cu maddəsinə uyğun olaraq 200 manat miqdarında cərimə olunub. Hadisə ilə bağlı materiallar toplanaraq araşdırmalar aparılması üçün hüquq-mühafizə orqanlarına göndəriləcək. BAKU.WSOxşar xəbərlər
“Azərsun”un konserv zavoduna aparılan 500 kiloqram mənşəyi məlum olmayan ət müsadirə edildi – FOTO
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) aidiyyəti qurumlarla birlikdə qanunvericiliyə uyğun ölkə ərazisində insan həyat və s...