“Azərsun”un konserv zavoduna aparılan 500 kiloqram mənşəyi məlum olmayan ət müsadirə edildi – FOTO

“Azərsun”un konserv zavoduna aparılan 500 kiloqram mənşəyi məlum olmayan ət müsadirə edildi – FOTO
Sosial 6698

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) aidiyyəti qurumlarla birlikdə qanunvericiliyə uyğun ölkə ərazisində insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədilə dövlət baytarlıq nəzarətini həyata keçirir.

BAKU.WS-ə DBNX-dan verilən məlumatına görə, baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və  sağlamlığına dair heç bir sənədi olmayan, şaqqalara bölünmüş 500 kq çəkisində olan heyvan əti, 2 ədəd kəsilmiş malın baş-ayağı və daxili orqanları aşkar olunub.

İlkin araşdırma zamanı Məmmədyarov Eynulla Balaşərif oğlu heyvan ətlərini Bakı şəhərindən Xaçmazda olan "Qafqaz” konserv zavoduna təhvil vermək məqsədi ilə gətirdiyini bildirib.

BAKU.WS

Oxşar xəbərlər

Kolbasa anbarından ÜRƏKBULANDIRAN FOTOLAR

Kolbasa anbarından ÜRƏKBULANDIRAN FOTOLAR

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) aidiyyəti qurumlarla birlikdə qanunvericiliyə uyğun ölkə ərazisində epizootoloji sab...

1979 Sosial 19:18 05 may 2017

Son xəbərlər