“Azəri Vandam”ı sillə-təpiyə “qonaq” etdilər – “Bambılılıq etmə”
Özünü “Azəri Vandam” kimi təqdim edərək sosial şəbəkələrdə videolarını paylaşan Zaqatala sakinini Bakıda döyüblər.
BAKU.WS “yenicag.az”a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.
Onun metronun Nəriman Nərimanov stansiyasının ətrafında özünü “Vandam” kimi təqdim edib, səs-küy salması ətrafdakılar tərəfindən xoş qarşılanmayıb.
Bu zaman gənclərdən biri “Azəri Vandam”a yaxınlaşaraq “bambılılıq etmə, ətrafda insanlar var” deyib. “Azəri Vandam”ın gəncə cavab qaytarması ona baha başa gəlib.
Belə ki, adını dəqiqləşdirə bilmədiyimiz gənc “Azəri Vandam”ı sillə-təpiyə “qonaq edib”. Ətrafdakıların müdaxiləsindən sonra davanın böyüməsinin qarşısı alınıb.
BAKU.WSOxşar xəbərlər
Mehriban Xanlarova efirdəki biabırçılıqdan danışdı: Eləmişəm, özlüyümdə yaxşı eləmişəm! - VİDEO
"Eləmişəm, özlüyümdə yaxşı eləmişəm"! Bu sözləri əməkdar artist Mehriban Xanlarova efirdəki biabırçılığa görə onu tənqid edənlərə cavab verərkən deyib.BAKU.WS x...