Nəhəng yük daşınma şirkəti Azərbaycandakı təmsilçisini dəyişdi

Nəhəng yük daşınma şirkəti Azərbaycandakı təmsilçisini dəyişdi
İqtisadiyyat 927
Dünyada ən iri yük daşınma şirkətlərindən biri olan “FedEx Express” Azərbaycanda onu təmsil edən şirkət dəyişib. “FedEx Express”in Azərbaycanda yeni xidmət təminatçısı "Azəri Ekspress" şirkətidir.“Marja”nın sorğusuna cavab olaraq, "Azəri Ekspress" şirkətinin direktoru Şaiq Qəribzadə məlumatın doğru olduğunu təstiqlədi. Onun sözlərinə görə, 2018-ci ilin 1 sentyabr tarixindən etibarən "Azəri Ekspress" şirkəti “FedEx Express”in Azərbaycandanda yeni xidmət təminatçısı olaraq fəaliyyət göstərəcəkdir.“FedEx Ekspress-in ölkədəki yeganə xidmət təminatçısı kimi "Azəri Ekspress" şirkətini təyin etməsi mövcud əməliyyatlarının və gələcək bazar tələblərinin qiymətləndirilməsinə əsaslanaraq seçilmişdir”- Şaiq Qəribzadə əlavə etdi. "Azəri Ekspress" şirkəti göndərişlərin (bağlamaların) qəbulu və paylanmasını təmin etməklə bərabər, gömrük sənədləşməsi məsələsində də müştərilərə dəstək verəcəkdir.Xatırladaq ki, "Azəri Ekspress" şirkəti 1997-ci ildən həm də “TNT” şirkətinin Azərbaycanda təmsilçisidir. Qeyd edək ki, 2015-ci ildə ABŞ-ın "FedEx" şirkəti, Hollandiyanın logistika xidmətləri qrupuna daxil olan "TNT Ekspress"i 4,8 milyard dollara satın almışdır. "FedEx" bu satınalma ilə Avropadakı əməliyyatlarını genişləndiririr.BAKU.WS

Son xəbərlər