“Azəri Ekspress” şirkəti yeni “Qış Məktubu” adlı kampaniyaya start verib

“Azəri Ekspress” şirkəti yeni “Qış Məktubu” adlı kampaniyaya start verib
İqtisadiyyat 1787
“Azəri Ekspress” MMM kuryer xidməti ekspress çatdırılma sahəsində ölkə liderlərindən biridir. “Azəri Ekspress” bütün dünyada qapıdan – qapıya sənədlərin, diplomatik bağlamaların və yüklərin minlərlə müştəriyə çatdırılmasını təmin edir. Hazırda “Azəri Ekspres” 200-dən artıq ölkəyə və Respublika daxili regionlara ekspress çatdırılma həyata keçirir. Bu günlərdə “Azəri Ekspress” şirkəti yeni “Qış Məktubu” adlı kampaniyaya start vermişdir. Kampaniyanın şərtlərinə əsasən Yeni il Bayramına qədər şirkət ilə müqavilə imzalayan hər bir yeni müştəri ilin sonunadək ölkə daxili və ölkə xarici poçt daşıma xidməti tariflərinə 20% endirim əldə edəcək.“Azəri Ekspress” MMM, qlobal ekspress poçt xidməti olan “TNT Express“ şirkətinin 1998-ci ildən Azərbaycandakı nümayəndəliyidir və on doqquz illik təcrübəyə malikdir.BAKU.WS

Son xəbərlər