Mehriban Xanlarova efirdəki biabırçılıqdan danışdı: Eləmişəm, özlüyümdə yaxşı eləmişəm! - VİDEO

Mehriban Xanlarova efirdəki biabırçılıqdan danışdı:  Eləmişəm, özlüyümdə yaxşı eləmişəm! - VİDEO
Video
Şou-biznes 12399

"Eləmişəm, özlüyümdə yaxşı eləmişəm"! Bu sözləri əməkdar artist Mehriban Xanlarova efirdəki biabırçılığa görə onu tənqid edənlərə cavab verərkən deyib.BAKU.WS xəbər verir ki, aktrisa efirdə "Azəri Vandamla" birlikdə şpaqat açmasını və təpik atmasını qınayanları anlamadığını bildirib:

"Hər kəs bilir ki, mənim sənətim aktrisalıqdır. Əgər efirdəyəmsə, hər bir obrazı məharətlə yerinə yetirməliyəm. "Azəri Vandam" mənim qonağım idi. Ona hörmətsizlik olmasın deyə onunla bir yerdə şpaqat açmaq istədim. Halbuki, bu, məndə alınmadı., hər kəs gördü ki, mən sonadək şpaqat aça bilmədim. Sadəcə qonağıma hörmət əlaməti kimi onun hərəkətlərini təkrarladım. Bundan sonra da gəlsə, mən yenə ona hörmətlə yanaşacam. O da bizim azəri balamızdı.

Belə də ki, mən bunu küçədə camaatı başıma yığıb, özümü reklam üçün eləməmişəm ki. Eləmişəm, özlüyümdə, yaxşı eləmişəm. Öpürəm! Bay-bay"!

Xatırladaq ki, əməkdar artist Mehriban Xanlarovanın "Canım sizə desin" şousunun növbəti qonağı özünə "Azəri Vandam" ləqəbi qoyub klounluq edən gənc olub. O, sosial şəbəkələrdə paylaşdığı videolarda etdiyi hərəkətləri efirdə təkrarlayıb. Aparıcı gah "Vandama" təpik atıb, gah da onunla birlikdə şpaqat açmaq istəyib. Biz hələ şit zarafatları demirik. Xanlarovanın da ona qoşulub klounluq etməsi birmənalı qarşılanmayıb. Əməkdar artistin yaşına və statusuna yaraşmayan hərəkətləti bir çox tamaşaçını hiddətləndirib. Sosial şəbəkə istifadəçilərinin sözügedən kadrlara reaksiyası belə olub: Bu nə biabırçılıqdır?!

BAKU.WS

Son xəbərlər