Azərbaycanlı snayper həlak oldu (FOTO)

Azərbaycanlı snayper həlak oldu (FOTO)
Hadisə 1736

 

Ukraynanın Donetsk və Luqansk ərazilərində Rusiyanın 2081 vətəndaşı ölüb və itkin düşüb. Bu, 2016-cı il martın 1-nə olan göstəricidir. "Fidel" ləqəbli Ramil snayper olub.

Bu barədə hüquq müdafiəçisi və "Yük-200: Ukraynadan Rusiyaya" cəmiyyətinin təsisçisi Yelena Vasilyeva bildirib. Vasilyeva həmçinin Ukraynanın şərqində həlak olan və itkin düşən rusiyalıların yenilənmiş siyahısını elan edib. Hüquq müdafiəçisinin açıqladığı ölənlərin siyahısında azərbaycanlının da adı var. Siyahıda 136-cı sırada yer alan azərbaycanlının adı Ramil Huseynlidir.

"Fidel" ləqəbli Ramil (21.05.1977 – 01.01.2015) Kazanda yaşayırmış və snayper olub. Hüquq müdafiəçilərinin məlumatına görə, onun cəsədi "Yük 200-lə" Azərbaycana göndərilib.

Qeyd edək ki, Ukraynanın Şərqində ölkə ordusu ilə tanınmamış DXR və LXR-in qeyri-nizami hərbi birləşmələri arasında müharibə 2014-ci ilin yazında başlanıb. İlin əvvəlində başlamış gərgin siyasi şərait bir neçə həftənin ərzində tammiqyaslı açıq müharibəyə çevrilib.

Ölkə Krım kimi bütöv bir regionundan məhrum olub. Bu ərazi, Rusiyanın və digər iki vilayətin nəzarəçarpacaq hissəsi isə tərkibinə çox sayda Rusiya vətəndaşının daxil olduğu birləşmələrin nəzarətinə keçib. Krımın faktiki olaraq qan tökülmədən Rusiyaya birləşdirilməsi əməliyyatından sonra leksikona "çarpaz müharibə” termini daxil olub. Kiyevdə və Qərb paytaxtlarında Rusiyanı bu münaqişənin bir tərəfi hesab edirlər, belə ki qarşıdurma zonasında yalnız Rusiyada istehsal olunan zirehli texnika və silahlar aşkar edilib.

Bundan əlavə Ukraynanın əlinə üstlərində Rusiya hərbçilərinin sənədləri olan silahlı adamlar keçib. Moskva Rusiya ilə həmsərhəd Ukrayna bölgələrindəki hərbi əməliyyatlarda iştirakını qəti şəkildə inkar edir və münaqişəni Ukraynadaxili qarşıdurma adlandıraraq, oradakı Rusiya hərbçilərinin müstəsna olaraq könüllü rolunda çıxış etdiklərini vurğulayır. 

Bu azərbaycanlıların yad müharibədə həlak olmasıyla bağlı ilk informasiya deyil. Və təəssüf ki, çətin ki, son olsun. Azərbaycanlıların Ukraynada vuruşduğu məlumdur. Həmyerlilərimiz orada hökumət qoşunlarının tərəfində, həm də rusiyameyilli separatçıların tərəfində vuruşurlar.

anspress

BAKU.WS

Oxşar xəbərlər

Həmvətənimiz Odessa vilayətinin prokuror müavini təyin edildi

Həmvətənimiz Odessa vilayətinin prokuror müavini təyin edildi

Ukraynanın Odessa vilayətinin prokurorunun müavini vəzifəsinə həmvətənimiz təyin olunub. BAKU.WS-in məlumatına görə, Ukraynanın baş prokuroru yeni qərar qəbul...

1992 Hadisə 14:03 28 dekabr 2015

Son xəbərlər