Azərbaycanlı Moskvada evakuatorla "Mercedes" oğurlamaq istədi
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvada polis evakuator vasitəsilə xarici markalı avtomobil oğurlamaqda şübhəli bilinən azərbaycanlını saxlayıb.
Virtualaz.org bildirir ki, bu barədə "Moskva" şəhər xəbərləri agentliyi xəbər yayıb. Xəbərdə deyilir ki, Çeçenistandan olan vətəndaş Moskva polisinə müraciət edərək dəyəri təqribən 1 milyon rubl olan "Mercedes" markalı avtomobilini qorunmayan dayanacaqdan kiminsə oğurlamağa çalışması haqda məlumat verib və kömək istəyib.
Polis əməkdaşları hadisə yerində 37 yaşlı işsiz azərbaycanlını saxlayıblar.
Mənbənin bildirdiyinə görə, azərbaycanlı Sivaşkaya küçəsi, ev 11-in qarşısına evakuator çağırıb və sürücünü avtomobilin özünə məxsus olmasına inandırıb. Amma əməliyyatçılar ona niyyətini axıradək reallaşdırmağa imkan verməyiblər.
Faktla bağlı cinayət işi açılıb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı milyarderin köməkçisinin "Gelandewagen”li oğlu cərimələndi - 6 min
Azərbaycanlı milyarder Vahid Ələkbərovun rəhbəri olduğu "Lukoil" şirkətinin vitse-prezidenti Azat Şamsuarovun Moskvada polislə yarışa çıxan oğlu cərimələndi. Ru...