Azərbaycanlı İŞİD-çilərə hökm oxundu (SİYAHI)

Azərbaycanlı İŞİD-çilərə hökm oxundu (SİYAHI)
Hadisə 1817
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyadakı döyüşlərdə iştirak etməkdə təqsirləndirilən daha 5 nəfərlə bağlı məhkəmə prosesi baş çatıb.

BAKU.WS–in məlumatına görə, məhkəmədə Bəhruz Rəsulov, Nadir Əlixanov, Elşən Qurbanlı, Kamran Əizov və Tural Məmmədova hökm oxunub. Bəhruz Rəsulov 12 il, Nadir Əlixanov, 13 il, Elşən Qurbanlı, Kamran Əizov və Tural Məmmədov 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Xatırladaq ki, ötən il Milli Təhlükəsizlik Nazirliyi Suriyaya döyüşə yollandıqları bildirilən 26 nəfəri saxlamışdı. Həbs edilən digər şəxslərə gəlincə, Vilayət Həsənli, Malik Musayev, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Ruslan Mustafayev, Namiq Məmmədov, Fərid Muradov, Tural Həsənov, Elvin Əliyev, Tariyel Mustafayev, Azər Qəmbərov, Vüsal Bayramov, Samir Həşimov, Nicat Abbasov, Hüseyn Məmmədov, Ruslan Cəfərov, Sənan Baxışov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov, Maarif Mərdanov və Elşən Qurbanlı 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriyadakı radikal silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak ediblər.

Həbs edilən Elşən Qurbanlı qeyriləri ilə birlikdə Suriya və İraq  ərazilərində qanunsuz silahlı birləşmələrə qoşulmaq məqsədilə 2014-cü ilin may ayında Türkiyəyə, oradan isə "Əbu-Bəkr” ləqəbli şəxsin vasitəsilə qanunsuz yolla Suriyaya gedib. Elşən Qurbanlı İŞİD-in özünün paytaxtı elan etdiyi Suriyanın Raqqa şəhərində radikal dini və hərbi təlimlərdə iştirak edib. Təlimlər bitdikdən sonra  E.Qurbanlı öz istəyi ilə şəxsiyyəti istintaqla araşdırılan "Xattab” ləqəbli "əmir”in rəhbərlik etdiyi "Azəri camaatı” adlı qanunsuz silahlı dəstənin tərkibinə daxil olub. Bundan sonra E.Qurbanlı və digərləri İŞİD-in tərkibində 2014-cü ilin avqust ayında İraqın Anbar vilayətinin Hədisə şəhəri ətrafındakı hərbi əməliyyatlarda iştirak ediblər. Silahlı dəstə hücum planlaşdırarkən baş vermiş partlayış nəticəsində 35 nəfər ölüb, E.Qurbanlı isə yaralanaraq Suriya ərazisinə qayıdıb. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev hərbi rütbələr verdi (SİYAHI)

İlham Əliyev hərbi rütbələr verdi (SİYAHI)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS-in...

5 Digər 14:36 21 avqust 2015

Son xəbərlər