Azərbaycandan Gürcüstana keçirilən böyük miqdarda brilyant tutuldu (VİDEO)

Azərbaycandan Gürcüstana keçirilən böyük miqdarda brilyant tutuldu (VİDEO)
Video
Hadisə 1370

 

Azərbaycan ərazisindən Gürcüstana keçirilən böyük miqdarda brilyant qonşu ölkənin gömrükçüləri tərəfindən saxlanılıb.

Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb. Məlumata görə noyabrın 23-də şübhəli şəxs qismində saxlanılanlar Azərbaycan-Gürcüstan sərhədini "Qırmızı körpü” sərhəd-keçid məntəqəsindən keçiblər. Onlar özləriylə 557 ədəd brilyantı sərhəddən keçirməyə nail olublar. Brilyant şübhəlilərin pul kisəsindəki xüsusi saxlanc yerində və paltarlarında gizlədilib. Lakin gürcü gömrükçüləri onları saxlayıb. Faktla bağlı cinayət işi qaldırılıb. Saxlanılanların kimliyi və hansı ölkə vətəndaşı olduqları göstərilmir.

Xatırladaq ki, 2 il əvvəl Azərbaycandan keçirilən, maye halda 3 ton heroin Gürcüstan gömrükçüləri tərəfindən saxlanılmışdı. Yükün əfqan mənşəli olduğu, İran üzərindən Azərbaycana, oradan isə Avropaya daşınmaq üçün Gürcüstana keçirildiyi məlum olmuşdu.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər