Azərbaycanda “zapravka”da kütləvi dava

Azərbaycanda “zapravka”da kütləvi dava
Hadisə 1720

Bu gün axşam saatlarında Gəncə şəhərində yerləşən yanacaqdoldurma məntəqələrindən birində kütləvi dava olub, mühafizəçilərdən biri döyülüb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami rayonu ərazisində qeydə alınıb.

Tovuz rayonunun Əyyublu kənd sakini Elşad Mirzəyev kəllə-beyin, sifətin və üzün əziyi yaraları ilə Gəncə şəhər TTYX-nın Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstənin vəziyyətini orta ağır qiymətləndirirlər.

Məlumata görə, 26 yaşlı gənc Gəncənin Şah İsmayıl Xətai prospektində yerləşən yanacaqdoldurma məntəqəsində mühafizəçi işləyir və o, elə operator vəzifəsində çalışan iş yoldaşları tərəfindən döyülüb.

Faktla bağlı Gəncə polisi araşdırma aparır.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda “07” ağaca çırpıldı - 3 yaralı (VİDEO)

Azərbaycanda “07” ağaca çırpıldı - 3 yaralı (VİDEO)

Gəncədə də ağır yol qəzası olub. Hadisə şəhərin Nizami prospektində qeydə alınıb. BAKU.WS Region TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər sakini 30 yaşlı Aq...

1891 Hadisə 08:54 19 avqust 2016

Son xəbərlər