Azərbaycanda sosial şəbəkədə təhqir olunan şəxs qan tökdü - (VİDEO)

Azərbaycanda sosial şəbəkədə təhqir olunan şəxs qan tökdü - (VİDEO)
Video
Hadisə 2811
Gəncə şəhər sakini sosial şəbəkədə onu təhqir edən şəxsi bıçaqlayıb."Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində şəhər sakini, 1990-cı il təvəllüdlü Osmanlı Rəsul Firuz oğlunun məhkəmə prosesi keçirilib. Belə ki, araşdırma zamanı R.Osmanlı 10 dekabr 2016-cı il tarixdə “Odnoklassniki” sosial şəbəkəsində tanımadığı şəxsin şəklinin altına rəy yazdığı üçün şəhər sakini, 1995-ci il təvəllüdlü Cahandar Rauf oğlu Alıyev ilə aralarında mübahisə yaranıb. Tərəflər görüşüb mübahisəyə aydınlıq gətirmək üçün mobil nömrələrini yazıblar və həmin gün axşam görüşərkən C.Alıyev öz iki dostu ilə R.Osmanlını döyüb. Hadisədən bir gün sonra R.Osmanlı yenidən C.Alıyevi görüşə çağırıb və onu bıçaqlayıb. Baş verən hadisə ilə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsində Osanlı Rəsul Firuz oğluna qarşı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə prosesi davam etdiriləcək. BAKU.WS

Oxşar xəbərlər

Xəyanət edən qızını öldürmək istəyən ataya iş kəsilir

Xəyanət edən qızını öldürmək istəyən ataya iş kəsilir

Gəncə Ağır Cinayətlər Məhkəməsində ərinə xəyanat etdiyinə görə qızını öldürməyə cəhd göstərən Famil Ələkbər oğlu Məhərrəmovun cinayət iş üzrə məhkəmə başlayıb.B...

1468 Sosial 17:31 30 yanvar 2018

Son xəbərlər