Azərbaycanda qəzada ölən 4 nəfərin əsgər övladları ilə görüşdən gəldiyi məlum oldu

04
okt
2018
10:34
Bərdədə avtomobil qəzası zamanı ölən 4 nəfər əsgər övladlarının yanından qayıdırlarmış."Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, Bərdə rayonunun Mehdili kəndində baş verən dəhşətli yol qəzasında ölən Rəcəbəliyevlər ailəsi Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edən əsgər övladları ilə görüşdən geri dönürmüş.Qeyd edək ki, gecə saatlarında "VAZ-21011" markalı avtomobil "Shacman" markalı yük maşını ilə toqquşub. Nəticədə, Goranboy rayon sakinləri, "VAZ-21011" markalı avtomobilin sürücüsü Azər Vəliyev və sərnişinləri 68 yaşlı Rəcəbəliyeva Zeynəb Əbdülkərim qızı, 48 yaşlı Rəcəbəliyeva Rəna Əli qızı və 13 yaşlı Vəliyev Rəvan Azər oğlu hadisə yerində ölüblər.Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər
4 nəfərin xəsarət aldığı qəzada avtomobil iki yerə bölündü – VİDEO – FOTO
Bərdənin Cəyirli kəndində zəncirvari qəza baş verib.BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, hərəkətdə olan “VAZ 21011” markalı avtomobillə “Mercedes” və “VA...