Goranboyda iki avtomobil toqquşub, ölən var

Goranboyda iki avtomobil toqquşub, ölən var
Hadisə 997
Goranboyda iki avtomobil toqquşub.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Faxralı kəndinə gedən yolda baş verib.Hərəkətdə olan “VAZ 2107” və “VAZ 21011” markalı iki avtomobil toqquşub.Qəza zamanı avtomobillərə ziyan dəyib. “VAZ 21011”-də olan sərnişin Alpud kənd sakini 1959-cu il təvəllüdlü Hacıyev Elçin qəzada xəsarət almadığını bildirərək evə gedib. Təxminən bir saat sonra o evdə ölüb. E. Hacıyevin ürək damar xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi.Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Bakıda dəhşətli qəza: ölən var - FOTO

Bakıda dəhşətli qəza: ölən var - FOTO

Bu gün günorta saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Qaradağ postunda baş verib. Belə ki...

5311 Hadisə 19:37 16 aprel 2018

Son xəbərlər