Azərbaycanda quduz canavarlar insanlara hücum edirlər – VİDEO

Azərbaycanda quduz canavarlar insanlara hücum edirlər – VİDEO
Video
Hadisə 1636
 

İki gün əvvəl canavarlar Ağsunun Padar kəndinə hücum edərək kənd sakinləri Fikrət Şeydayevə və Həsrət Qurbanova hücum edərək ciddi xəsarət yetirib. 

BAKU.WS-in Xəzər TV-yə istinadən məlumatına görə, onlardan biri Mingəçevir, digəri isə Ağsu rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Ağsu baytarlıq idarəsinin əməkdaşları da əraziyə baxış keçiriblər. Canavarın başı kəsilərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Artıq müayinələrin nəticələri məlum olub. Sakinlərə hücum edən canavarın quduz olduğu müəyyənləşib.

Canavar hücumu nəticəsində ağır bədən xəsarətləri alan Həsrət Qurbanov Ağsu Rayon Mərkəzi Xəstəxanasında nəzarətdə saxlanılır. Xəstənin vəziyyəti qənaətbəxşdir.

Sakinlərin sözlərinə görə, həmin hadisədən sonra da canavarlar kəndə yenə hücum ediblər.

Sakinlər deyirlər ki, yırtıcılar günün istənilən saatında kəndə soxularaq heyvanlara, və insanlara hücum edir. Həmin yırtıcıların da quduz olmasından narahatdırlar.

BAKU.WS

Oxşar xəbərlər

Ağstafada canavar qadına hücum edib

Ağstafada canavar qadına hücum edib

Ağstafada canavar qadına hücum edərək ona xəsarət yetirib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Korxəlfəli kəndində baş verib. Gündüz saatl...

1274 Hadisə 18:52 25 iyul 2017

Son xəbərlər