Azərbaycanda polisə evinə oğru girdiyini söyləyən şəxs həbs edildi

Azərbaycanda polisə evinə oğru girdiyini söyləyən şəxs həbs edildi
Hadisə 1146

 

Mayın 11-də Ağsu rayonunun Qaradaşlı kənd sakini Sədaqət Qədirov RPŞ-yə müraciət edərək mayın 10-da evindən pəncərədən girmək yolu ilə 200 manat pulunun və 2 ədəd qızıl üzüyünün oğurlanmasını bildirib.

Daxili İşlər Nazirliyi xəbər verir ki, Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndliləri Şamxal Məmmədov və Elçin Abdullayev tutulublar. Onlardan 5 ədəd qumbara, 1  ədəd kustar üsulla düzəldilmiş tapança və 4 ədəd alışdırıcı götürülüb.

Onlar izahatlarında silah-sursatı S.Qədirovun evindən oğurladıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq S.Qədirovun evinə baxış zamanı oradan 25 ədəd pulemyot patronu və 1 ədəd qumbara alışdırıcısı aşkar edilərək götürülüb.

S.Qədirov tutulub.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda əczaçı qadın həbs olundu

Bakıda əczaçı qadın həbs olundu

Maştağa qəsəbəsində apteklərdən birindən güclü təsiredici dərman preparatları aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata...

1678 Hadisə 12:45 28 sentyabr 2016

Son xəbərlər