Dövlət Sabirli saxta manat çap edirmiş
25
fev
2016
13:30
Sumqayıtda saxta əsginas çap edən şəxs tutulub.
BAKU.WS Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən bildirir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Dövlət Sabirlidən 8 ədəd 100 manatlıq, 52 ədəd 50 manatlıq və 11 ədəd 20 manatlıq, ümumilikdə 3 620 manatlıq saxta əsginas götürülüb.
Onun yaşadığı Sabirabad rayonunun Kürkənd kəndindəki evinə baxış zamanı isə "HP" markalı printer aşkar edilərək götürülüb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda 80 min saxta dollar satmaq istəyən şəxslər saxlanıldı (FOTO)
Daxili işlər orqanları əməkdaşları tərəfindən ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısını...