Gəncədə ŞOK: Polis rəisi öz oğlunu həbs etdi
Gəncə DYP-nin rəisi Rəhim Zalov avtoxuliqnalıq edən oğlu Ramin Zalovu həbs etdirib. BAKU.WS Jam.az-a istinadən xəbər verir ki, polis rəisi dəfələrlə xəbərdarlıq etməsinəı baxmayaraq oğlu öz əməlindən əl çəkməyib.
Nəhayət oğlunun özbaşınalıq etməsindən bərk narahat olan Rəhim Zalov tədbir görmək məcburiyyətində qalıb. Məlumata görə, 20 DL 220 dövlət nömrə nişanlı «Niva» markalı maşınıyla avtoşluq edən Ramin Zalov elə atası tərəfindən saxlanılıb. Sonra isə Gəncə Şəhər Məhkəməsinə aparılıb və orada haqqında 7 sutkalıq həbs qəti-imkan tədbiri seçilib.
DYP rəisinin oğlu «Niva» markalı maşınıyla avtoşluq edərkən dövlət nömrə nişanından deyil, saxta tranzit nömrədən istifadə edirmiş. Məlum olub ki, rəis oğlunun istifadə etdiyi saxta nömrə 2014-cü ilə aid olan tranzit nömrə olub. Halbuki tranzit nömrələr qısa müddət üçün verilir və "Niva" maşını isə Ramin Zalov tərəfindən 2015-ci ildə alınıb.
BAKU.WS
Oxşar xəbərlər
Məhkəmə hakiminin oğlunu öldürən şəxs həbs edildi (FOTO)
Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi vuraraq hadisə yerindən qaçan Rəhim Kərimov barəsində cinayət işi başlanılıb....