Azərbaycanda məmur arvadını döyərək qabırğalarını sındırdı (EKSKLÜZİV)

Azərbaycanda məmur arvadını döyərək qabırğalarını sındırdı (EKSKLÜZİV)
Hadisə 7970
 

Azərbaycanda uzun müddət yüksək vəzifədə işləmiş məmur arvadı vəhşicəsinə döyərək 3 qabırğasını sındırıb. 

  

BAKU.WS-in məlumatına görə, Gülər adlı xanım 25 ildir ailə həyatl qurub. O, ailə həyatının ilk günlərindən yoldaşı tərəfindən şiddətə məruz qalıb. Belə ki, gəlin gəldiyinin 3-cü günü həyat yoldaşı ona köynəyinin düyməsini açmağı tapşırıb. Qadın bu işı bir az gec etdiyi üşün isə möhkəmcə döyülüb. Sonradan səbəbsiz yerə döyülmələr çoxalıb və daimi hal alıb. Evli olduğu müddətdə qadın 3 oğlan uşağı dünyaya gətirib. Davamlı olaraq döyülən qadın hətta oğlanlarına atalarının üzünə ağ olmamağı və ona hörmət etməyi tapşırırmış.

Gülər xanım bir neçə gün əvvəl növbəti dəfə əri tərəfindən döyülərkən huşunu itirib və qonşular məsələyə müdaxilə etmək məcburiyyətində qalıblar. Xəstəxanaya yerləşdirilən qadın yoldaşının qorxusundan yenidən evə qayıtmaq istədiyini bildirib. Amma həkimlər buna ciddi etraz ediblər. Tibbi ekspertiza zamanı 3 qabırğasının sındığı və ağciyərində qan laxtasının toplandığı məlum olub. Sonradan qadın polislər tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sığınacağına verilib. Hazırda qadının bütün bədəni göm-göydür. Vəziyyəti ağır olduğundan sığınacağın xəstəxanasında saxlanllır.

Onu da qeyd edək ki, Gülər xanımın həyat yoldaşı uzun müddət vəzifədə işləyib. Hal-hazırda isə işsizdir. O, xanımını işləməyə məcbur edərək onun pullarını da mənimsəyirmiş.  Biz o şəxslə görüşəndə "Arvad mənimdir, istəyəndə döyürəm, istəyəndə sevirəm. Bunun kimə nə dəxlı var?”  Bu şəxs ali təhsilli, savadlı insandır. Qadın yenə də uşaqlarının xətrinə geri dönmək istədiyini bildirib", - deyə sığınacaqdan bildirilib.  

Arzu Mirzəyeva

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər