Azərbaycanda kütləvi zəhərlənmə - mağaza və obyekt bağlandı (VİDEO)
07
sen
2018
09:25
Şabran rayonunda hisə verilmiş balığı yeyən vətəndaşlar kütləvi şəkildə zəhərləniblər. Onlardan ikisinin vəziyyəti ağırdır.Qida Təhlükəsizliyi Agentliyinə baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı məlumat daxil olub. Agentliyin mütəxəssislərindən ibarət işçi qrup hadisənin araşdırılması və zəruri tədbirlərin görülməsi üçün Şabran rayonuna ezam olunublar.Agentliyin direktor müavini Balarəhim Quliyev deyib ki, ilkin araşdırmalar zamanı zəhərlənmənin iki ayrı qrup arasında baş verdiyi məlum olub.Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun əməkdaşlarının apardıqları araşdırma zamanı hisə verilmiş balıq məhsullarının Əkrəm Gülməmmədova məxsus fərdi yaşayış sahəsində kustar üsulla hazırlandığı məlum olub. Elə buna görə də həm mağazanın, həm də balıq məhsulunun hazırlandığı sahənin fəaliyyəti dayandırılıb.Zəhərlənmiş 5 nəfər əvvəlcə Şabran rayonu xəstəxanasına yerləşdiriliblər. Daha sonra onların vəziyyətinin ciddiliyi nəzərə alınaraq, Klinik Tibbi Mərkəzə köçürülüb.Belə qida məhsullarından zəhərlənməmək üçün Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara diqqətli olmağı tövsiyə edir.Qeyd edək ki, artıq faktla bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Oxşar xəbərlər
“Tonqal”da baş verən kütləvi zəhərlənməyə görə cinayət işi açıldı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb. BAKU.WS xəbər verir ki, birgə məlumatda deyilir:“Ölkəmizdə...