Azərbaycanda ilin “Ən yaxşı müəllimi” intihar edib

Azərbaycanda ilin “Ən yaxşı müəllimi” intihar edib
Hadisə 5721

Abşeron rayonunda 66 yaşlı müəllim özünü yaşadığı evdə asaraq intihar edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, Quşçuluq Massivi döngə 6 ev 45-də qeydə alınıb.

Belə ki, 1950-ci il təvvəllüdlü Mirzəyeva Azelma Xamis qızı yaşadığı evdə özünü asaraq intihar edib.

Məlumata görə, A.Mirzəyevanın meyiti onun evinə fərdi təhsil almağa gələn şagirdləri tərəfindən aşkarlanıb.

Qeyd edək ki, A.Mirzəyeva 297 saylı orta məktəbdə 39 il İngilis dili müəllimi kimi fəaliyyət göstərib. Onun həyat yoldaşı 15 il bundan qabaq vəfat edib, övladı yoxdur.

297 saylı orta məktəbdən verilən məlumata görə, A.Mirzəyeva 2015-ci ildə təqaüdə çıxıb. O, 2002-ci ildə respublika üzrə "Ən yaxşı müəllimi" 2-ci dərəcəli diplomu ilə seçilib.

Faktla bağlı araşdırmalara başlanılıb. Müəllimin intihar etməsinin səbəbləri araşdırılır.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda 21 yaşlı qız intihar etdi

Azərbaycanda 21 yaşlı qız intihar etdi

Şamaxı rayonunda intihar hadisəsi qeydə alınıb. Bu barədə report-a rayon prokurorluğundan məlumat verilib. Məlumata görə, rayon sakini 1994-cü il təvəllüdlü T...

3784 Hadisə 09:55 12 oktyabr 2016

Son xəbərlər