Azərbaycanda dəhşətli hadisə ilə bağlı cinayət işi açıldı (RƏSMİ)

Azərbaycanda dəhşətli hadisə ilə bağlı cinayət işi açıldı (RƏSMİ)
Hadisə 1882

Baş Prokurorluq Lerikdə məktəb direktorunun özünü güllələməsi faktı ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumatda qeyd olunur ki, martın 2-də Lerik rayonunun Veri-Əliabad kənd sakini Adil Rəhimovun həmkəndlisi Seyid Qurbanovu odlu silah və bıçaqla qəsdən  öldürməyə cəhd etməsi və özünü öldürməsi faktlarına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 125 (özünü öldürmə həddinə çatdırma) və 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə saat 05:00 radələrində A.Rəhimov şəxsi münasibətlər zəminində aralarında yaranmış narazılığa görə həmkəndlisi S.Qurbanovu öldürmək məqsədilə ov tüfəngi, bıçaq və balta götürüb onun yaşadığı evə gələrək arvadının və üç ayzaşlı uşağının gözləri qarşısında ov tüfəngindən bir dəfə atəş açıb, mətbəx bıçağı ilə ona və arvadı Sevda Qurbanovaya müxtəlif bədən xəsarətləri yetirib. A.Rəhimov iradəsindən asılı olmayan səbəblərdən S.Qurbanovu öldürə bilməyərək hadisə yerini tərk edib. Bundan sonra A.Rəhimov kənd qəbiristanlığına gələrək həmin tüfənglə özünə atəş açmaqla intihar edib. Hadisə yerindən üzərində qanabənzər ləkələr olan mətbəx bıçağı, balta, yivsiz ov tüfəngi, patron və əl qumbarası aşkar edilərək maddi sübut kimi götürülüb. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, intihar edən A. Rəhimov məktəb direktoru olub. Ziya Babayev BAKU.WS

Son xəbərlər