Azərbaycanda DƏHŞƏT: oğul maşınla atasının üstündən keçib öldürdü
Mayın 14-də Sumqayıtda baş vermiş qətlin üstü açılıb.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, həmin gün saat 17 radələrində Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Şabran rayon sakini Nizami Rəsulov vurulub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sumqayıt ŞPİ əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisənin "VAZ-2107" markalı avtomobillə törədildiyi müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobili idarə edən mərhumun oğlu Nazim Rəsulov tutulub. O, izahatında hadisəni ailə-məişət münaqişəsi zəminində qəsdən törətdiyini etiraf edib.
Faktla əlaqədar cinayət işi başlanılıb.
BAKU.WS
Oxşar xəbərlər
Gənc qadını vuran biznesmenin oğlunun fırıldağı AÇILDI: 16 yaşı varmış
Bakı Şəhər Baş Polis İdarəsi mayın 3-də Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, məlumata əsasən...