Azərbaycanda DƏHŞƏT: 5 yaşlı uşaq yanan maşında can verdi

Azərbaycanda DƏHŞƏT: 5 yaşlı uşaq yanan maşında can verdi
Hadisə 1749
 

Beyləqan rayonunda dəhşətli yol qəzası baş verib.

Lent.az-ın mlumatına görə, gecə saatlarında rayonun Birinci Aşıqlı kənd sakini, 1971-ci il təvəllüdlü Yaşar Novruzovun idarə etdiyi "Mercedes" markalı, 11 BG 172 dövlət qeydiyyat nişanlı "Mercedes" Dünyamalılar kəndində körpünün üstündə yoldan çıxaraq sağdakı qaz borusuna çırpılıb. Qəzadan sonra borunun partlaması ilə yanğın başlayıb. Sürücü və digər sərnişinlər maşından düşərək xilas ola bilsələr də, avtomobildə olan 2011-ci il təvəllüdlü Novruzov Zaur Nurlan oğlu aldığı xəsarətlərdən vəfat edib. Qəzada ölən 5 yaşlı uşaq sürücünün qardaşı nəvəsi olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Bakıdakı dəhşətli qəzada gəlin və qaynana can verdi

Bakıdakı dəhşətli qəzada gəlin və qaynana can verdi

Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Bakı-Ucar magistralının Qaradağ...

4026 Hadisə 12:25 05 iyun 2016

Son xəbərlər