Azərbaycanda bankdan 3 milyon dollar yoxa çıxıb
11
fev
2017
17:31
"DəmirBank”dan 3 milyon dollar oğurlanıb. BAKU.WS xəbər verir ki, Fins.az-ın bank mənbələrindən əldə etdiyi məlumatlara görə, bu həcmdə vəsait ayrı-ayrı hesablardan yoxa çıxıb.
Belə ki, bank hesablarını araşdırarkən külli miqdarda vəsaitin müəmmalı şəkildə silindiyi aşkarlanıb. Dərhal araşdırmalara başlanılıb və məlum olub ki, vəsaitlər xakkerlər tərəfindən oğurlanıb. Hazırda bununla bağlı bankda araşdırmalar aparılır.
Faktla bağlı "DəmirBank”ın Marketinq direktoru Anar Bayramovla əlaqə saxladıq. O, bununla bağlı informasiyaya malik olmadığını bildirdi.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda mənzildən 107 min dollar oğurlanıb
Bakıda mənzildən külli məbləğdə pul oğurlanıb. "Report"un xəbərinə görə, hadisə Bakının Xətai rayonu İsmayıl Məmmədov küçəsində yerləşən yeni tikilidə qeydə al...