Mərkəzi Bankdan dollar panikası ilə bağlı əhaliyə müraciət

Mərkəzi Bankdan dollar panikası ilə bağlı əhaliyə müraciət
İqtisadiyyat 1362
 

Azərbaycan Mərkəzi Bankı dollar ajiotajı ilə bağlı əhaliyə müracət edib.

AMB-dən BAKU.WS-ə verilən məlumatda deyilir ki, qarşıdakı bayram günlərində milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli məlumatlara və şaiyələrə inanmasınlar.

Bununla əlaqədar bildirilir ki, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 05 yanvar 2016-cı il tarixi üçün 1.5610 müəyyənləşdirilib.

Məlumat üçün bildirilir ki, bayramqabağı günlərdə Mərkəzi Bank tərəfindən bankların valyutaya olan ehtiyacları keçirilmiş hərraclar vasitəsilə kifayət həcmdə təmin edilib. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər